MusicMint AI Music Generator Logo
MusicMint

İSTƏDİM

Unknown

sevda_xasiyeva_123·2:35

Lyrics

Göydə işıq saçan ayın mən ollam,

Könlümə ox atsan,yayın mən ollam.

Qışın soyuğunda yayın mən ollam,

Ruhunla yanımda sən qal,- istədim.

Yandırsın qoy məni atəşin, közün,

Yazdığın hər kəlmən, hər şirin sözün,

Çəkərəm həsrətin əzabın özüm

Ruhundan könlümə sığal istədim

Yaranı eşqimlə elə baglaram,

Olmasan həyatda elə ağlaram,

Elçini gondərsən elə çağlaram

Başıma qırmızı bir şal istədim.

Əllərin həmişə əlimdə qalsın

Baxışın ilan tək qəlbimi çalsın

Sevdalı günləri yaddaşın ansın

Yadına Sevdanı bir sal - istədim

Like this song? Create something similar